Dövlət Sosial Müdafiə Fondunun sədri Saatlıda 8 rayonun sakinləri üçün qəbul keçirəcək

Posted by

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev martın 12-də DSMF-nin Saatlı rayon şöbəsinin inzibati binasında Saatlı, Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcəkdir.

DSMF-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34;

Saatlı rayon şöbəsində (021) 285-24-55;

Şirvan rayon şöbəsində (021) 215-02-72;

Hacıqabul rayon şöbəsində (021) 204-49-22;

Sabirabad rayon şöbəsində (021) 235-50-56;

Salyan rayon şöbəsində (021) 255-55-84;

Neftçala rayon şöbəsində (021) 263-47-86;

Biləsuvar rayon şöbəsində (021) 295-02-43;

Cəbrayıl rayon şöbəsində (026) 384-62-03.

Qəbulda iştirak edəcək vətəndaşların martın 12-də Fondun həmin rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF-nin Saatlı rayon şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaqdır.

Trend/az