Araz Əzimov: “Amerikalı həmsədr Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini nəzərdən keçirməlidir”
“Sumqayıtda hadisələr baş verib, amma səbəbləri, konteksti, faktları, ümumiyyətlə reallıqları tam başqadır, fərqlidir”.
APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Sumqayıt hadisələri ilə bağlı sosial şəbəkələrdə paylaşdığı fikirlərə münasibət bildirərkən deyib.
A. Əzimov C. Uorlikin Xocalı soyqırımı ilə bağlı da “Twitter” səhifəsində fikrilərini bölüşdüyünü qeyd edərək, “Twitter”in Xocalını müzakirə yeri olmadığını söyləyib.
“Mən bunu “Twitter”də cənab Uorlikə bildirə bilməyəcəyəm. Çünki orda cəmi 120 hərfdən ibarət mesajlar yazmaq lazımdır. Cənab Uorlik bu vəzifədə təzədir və münaqişənin həqiqətlərini nəzərdən keçirməlidir”, – deyə A. Əzimov qeyd edib.
Apa.az