Amerikanın ispandilli “Eurasia Hoy” qəzeti “Azərbaycanlılar Xocalı qırğınının ildönümünü qeyd etmişlər” sərlövhəli məqalə dərc etmişdir

Posted by

Amerikanın ispandilli “Eurasia Hoy” qəzeti “Azərbaycanlılar Xocalı qırğınının ildönümünü qeyd etmişlər” sərlövhəli məqalə dərc etmişdir (http://eurasiahoy.com/28022014-azerbaiyan-conmemora-la-masacre-de-jodyali/). Məqalədə 1992-ci il fevralın 26-na keçən gecə 613 nəfər Azərbaycan vətəndaşının erməni silahlı dəstələri tərəfindən məhv edilməsindən bəhs olunur. Müəllif yazır ki, həmin fevral gecəsi Xocalıda törədilmiş kütləvi qətliamdan əvvəl artıq Ağdamdan şəhərə ərzaq gətirilmirdi. Ermənistanın silahlı dəstələri Azərbaycan xalqına psixoloji zərbə endirmək üçün azərbaycanlı əhalini məqsədyönlü şəkildə qırırdılar. Xocalı qətliamında keçmiş sovet ordusunun sonradan həmin ilin martında buraxılmış 366-cı motoatıcı alayı da iştirak etmişdir.

Daha sonra məqalədə dinc əhaliyə qarşı zorakılıq faktları, o cümlədən şəhidlərin meyitlərinin tanınmaz hala salındığı göstərilir, Britaniya jurnalisti Tomas de Vaal tərəfindən yazılmış “Qara bağ” kitabında azərbaycanlı əhalinin kütləvi surətdə qırılması faktının Ermənistanın indiki prezidenti şəxsən Serj Sarkisyan tərəfindən etiraf olunduğu bildirilir.

Sonda müəllif yazır ki, tərəflər təklif olunmuş Madrid prinsiplərini müzakirə etsələr də, onlardan heç biri nizamasalma sənədini tam formatda qəbul etmir.

AzərTac.az