Aİ nümayəndəliyinin rəhbəri: Readmissiya sazişinin imzalanması Aİ-Azərbaycan əlaqələrinin gücləndirilməsi istiqamətində konkret addımdır

Posted by

Readmissiya sazişinin imzalanması Avropa ittifaqı və Azərbaycan arasında əlaqələrinin gücləndirilməsi və dərinləşdirilməsi istiqamətində konkret addımdır. Trend-in Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin saytına istinadən verdiyi məlumata görə, bunu Nümayəndəliyin rəhbəri Malena Mard deyib.

M.Mard bildirib: “Viza rejiminin sadələşdirilməsinə dair saziş ilə birlikdə bu saziş hər iki tərəf üçün böyük əhəmiyyət kəsb edir və bizim mobillik və qanunsuz miqrasiya sahəsində əməkdaşlığımızı gücləndirəcək”.

Fevralın 28-də Brüsseldə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş imzalanıb.

Sazişi Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Aİ yanında Nümayəndəliyinin rəhbəri səfir Fuad İsgəndərov, Avropa İttifaqı tərəfindən isə Avropa Komissiyasının Daxili Siyasət üzrə baş direktoru Stefano Manservisi və hal-hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Yunanıstanın Avropa İttifaqındakı səfiri Teodoros Sotiropolus imzalayıblar.

Bu saziş 29 noyabr 2013-cü il tarixində Vilnüs Sammiti zamanı imzalanmış Azərbaycan Respublikası və Avropa İttifaqı arasında viza rəsmiləşdirilməsinin sadələşdirilməsi Sazişi ilə birgə Avropa Parlamenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək.

Trend.az