Azərbaycan Krıma aviareysləri bərpa edir
Bakı-Simferopol aviareysləri yenidən bərpa olunacaq.
Aviareyslərin martın 22-dən yerinə yetirilməsinə başlanacaq.
Bu barədə “APA-Economics”ə Heydər Əliyev Hava Limanından bildirilib.
Məlumata görə, Ukraynada son vaxtlar baş verən hadisələrə baxmayaraq, bu ölkəyə uçuşlarda problem yaranmayıb. Yeni Bakı-Simferopol aviareysləri həftədə bir dəfə bazar ertəsi günü saat 08:30-da yerinə yetiriləcək.
Qeyd edək ki, Türkiyənin “Atlasjet Havayolları”na məxsus İstanbul-Simferopol istiqamətində uçan təyyarəsi dünən Krımda baş verən məlum hadisələrlə əlaqədar enə bilməyib və geri dönüb.
Silahlı qruplaşmalar Krımın paytaxtı Simferopolu və Belbek hava limanını ələ keçiriblər.
Apa.az