Mübariz Əhmədoğlu: Serj Sarkisyanın Şimali Qafqazdakı vəziyyəti Qərbdə müzakirə etməsinin mahiyyəti çərkəz məsələsinin aktivləşdirilməsi imiş

Posted by

Mübariz Əhmədoğlu: Serj Sarkisyanın Şimali Qafqazdakı vəziyyəti Qərbdə müzakirə etməsinin mahiyyəti çərkəz məsələsinin aktivləşdirilməsi imiş

 

Mübariz Əhmədoğlu: Serj Sarkisyanın Şimali Qafqazdakı vəziyyəti Qərbdə müzakirə etməsinin mahiyyəti çərkəz məsələsinin aktivləşdirilməsi imiş

Mübariz Əhmədoğlu: Serj Sarkisyanın Şimali Qafqazdakı vəziyyəti Qərbdə müzakirə etməsinin mahiyyəti çərkəz məsələsinin aktivləşdirilməsi imiş

 

“Ermənistanda “erməni və çərkəz soyqırımları”nın qarşılıqlı tanınması barədə sənəd imzalandı. Prezident Serj Sarkisyan yaxın adamını bu işin təşkilinə qoşmaqla, imzalanmadan sonra susmaqla buna razılığını bildirdi. O, çərkəz məsələsinin RF üçün nə demək olduğunu çox gözəl bilir”. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, Ermənistanın Şimali Qafqaza heç bir etnik və coğrafi bağlılığı olmadığına baxmayaraq, S.Sarkisyan uzun müddət Avropa liderləri, o cümlədən Baltikyanı dövlətlərin liderləri ilə Şimali Qafqazı müzakirə edib: “Ermənistanın talış və ləzgi separatizminə dəstək verməsini antiazərbaycançılıq kimi başa düşmək olar. Amma çərkəz məsələsinə ermənilərin dəstəyinin antirusiyaçılıqdan başqa adı yoxdur. Ermənilər Brüsseldə Arif Məhərrəmovun təşkilatına siyasi görüşlər təşkil etməklə ləzgilərin, o cümlədən RF vətəndaşlarının vəziyyəti haqqında Avropada neqativ rəyin formalaşmasına kömək etdilər. Bəri başdan deyək ki, biz çərkəzlərin öz ata-baba yurdlarına qayıtması istiqamətindəki mübarizəsinin əleyhinə deyilik və ola da bilmərik. Çərkəz məsələsində aqressivliyin azalmasında Türkiyənin rolunu başa düşürük. Nəzərə alırıq ki, Şimali Qafqazda gərginlik RF qədər Azərbaycana təhlükədir”.

Politoloq bildirib ki, Çərkəz soyqırımının ermənilər tərəfindən tanınmasında bir neçə məqam var: “ABŞ, erməni strukturları və Ermənistan dövləti RF-Türkiyə münasibətlərində müxtəlif baxışlara malik olublar. Amma indi “erməni və çərkəz soyqırımı”nı qarşılıqlı tanımaqla vahid baxışa malik oldular; Rusiya və Türkiyə bir-birinə müttəfiqdirlər və hər ikisi ermənilərin düşmənidir”.

M.Əhmədoğlunun sözlərinə görə, Soçi olimpiadası dövründə soyqırımların qarşılıqlı tanınması mühüm mesajdır: “Soçi olimpiadası Qərblə RF arasında geosiyasi mübarizənin yeni suayırıcı xəttidir. Qərb Rusiyanı üstələdikcə Ermənistan RF-dən qaçır, Qərbə yaxınlaşır”.

Politoloqun sözlərinə görə, Çərkəz soyqırımının tanınması prosesini S.Sarkisyan erməni xarakterinə və öz stilinə uyğun reallaşdırır: Açıq şəkildə rusların əleyhinə gedə bilmirlər.

M.Əhmədoğlunun sözlərinə görə, Şimali Qafqaz məsələsində Ermənistanın antirusiyaçılığı, bu məsələdə Qərb və İranla Ermənistanın müttəfiqliyi barədə məlumatlar mövcuddur: “RF rəsmiləri asanlıqla bu məlumatları əldə edə bilərlər. M.Kolerov, S.Tarasov və K.Zatulin ermənilərin bu istiqamətdəki fəaliyyətinə nəzəri-konseptual əsaslandırmaların hazırlanmasında, piar kompaniyalarda böyük rol oynayırlar. Etniki separatizmin qızışdırılması ilə vacib tapşırıqların əksəriyyəti Rusiya Strateji Tədqiqatlar İnstitutunda şöbə müdiri Yana Amelina vasitəsilə reallaşdırılır. A.Areşov, M.Aleksandrov, A.Zaxarov ermənilərin ümumilikdə mövqeyinin, o cümlədən Qafqaz separatizmi mövzusundakı mövqeyinin təbliğində indi də iştirak edirlər. RF XİN-in yaxşı tanıdığı Y.Navoyan bu prosesdə də koordinator rolu oynayır”.

Politoloq bildirib ki, Rusiya böyük təhlükə qarşısındadır: “Ermənilər çərkəz soyqırımı ilə məşğul olmaqla Rusiyanın daxili və xarici təhlükələrini birləşdirir. Rusiya ermənilərin və Ermənistanın rolunu müəyyənləşdirib neytrallaşdırmayanadək əldə etdyi uğurlar yalnız müvəqqəti olacaq”.

 

Trend.az