Azərbaycan və Hindistan enerji sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

Posted by

Azərbaycan və Hindistan enerji (karbohidrogenlər) sahəsində birgə işçi qrupu yaratmaq niyyətindədir. Bu barədə Trend Hindistan KİV-nə istinadən məlumat verir.

Bu barədə qərar Hindistanda keçirilmiş iki ölkənin ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın III iclasında qəbul edilib. İclasda Azərbaycan nümayəndə heyətinə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov başçılıq edib.

Hindistanın ticarət və sənaye naziri E.M.S Natçippananın sözlərinə görə, enerji sahəsində işçi qrupunun formalaşdırılması prosesi sürətlənməlidir.

İclas zamanı tərəflər alternativ və bərpa olunan enerji mənbələri sahəsində, neft-qaz, kimya sənayesi və boru kəmərləri layihələri sahəsində əməkdaşlıq imkanlarını öyrənmək barədə razılığa gəliblər.

Qeyd edək ki, 2013-cü ilin yekunları üzrə iki ölkə arasında əmtəə dövriyyəsi 1,15 milyard dollar olub.

Trend.az