AMEA Mərkəzi Elmi Kitabxanasında “XX əsrin ən böyük faciəsi – Xocalı soyqırımı” adlı sərgi açılıb

Posted by

AMEA Mərkəzi Elmi Kitabxanasında “XX əsrin ən böyük faciəsi - Xocalı soyqırımı” adlı sərgi açılıb

AMEA Mərkəzi Elmi Kitabxanasında “XX əsrin ən böyük faciəsi – Xocalı soyqırımı” adlı sərgi açılıb

AMEA Mərkəzi Elmi Kitabxanasında “XX əsrin ən böyük faciəsi - Xocalı soyqırımı” adlı sərgi açılıb

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunan “XX əsrin ən böyük faciəsi-Xocalı soyqırımı” adlı sərgi başlayıb.

 

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Mərkəzi Elmi Kitabxananın direktor müavini Firəngiz Hüseynova bildirib ki, sərgidə Azərbaycan, rus, Avropa və Şərq dillərində 150-yə qədər ədəbiyyat nümayiş olunub. Soyqırımı haqqında danışan F.Hüseynova hazırda əsas məqsədin Xocalı həqiqətlərinin bütün dünyada tanıdılması və onun ermənilər tərəfindən törədilmiş soyqırımı aktı olduğunu sübuta yetirmək olduğunu qeyd edib. Onun sözlərinə görə, Mərkəzi Elmi Kitabxana da bu yöndə öz üzərinə düşən vəzifəni yerinə yetirir və bir kitabxana kimi bu barədə informasiyaları dünyaya çatdırmaq imkanlarından yararlanır.

 

F.Hüseynova vurğulayıb ki, sərgilənən ədəbiyyatlar sırasında Ziyəddin Sultanovun “Qarabağ müharibəsi: Faktlar…hadisələr…düşüncələr”, Səriyyə MÜslümqızının “Qar üstünə qan yağırdı” və “Ölümündən o yandakı Xocalı”, Elmira Axundovanın tərtibatı ilə nəşr olunan “Xodjalı. Xronika qenosida” kitabı və digər nəşrlərdə Azərbaycan xalqının tarixində XX əsrin ən böyük faciələrindən biri Xocalı soyqırımından sənədli faktlar açıqlanır.

 

Qeyd edək ki, sərgidə Xocalı soyqırımına həsr edilən bir çox kitablar, dövri nəşrlər, fotoşəkillər və virtual görüntülər, video roliklər nümayiş olunub. Sərgi 15 gün müddətində davam edəcək.

 

Apa.az