Azərbaycan və Rusiya Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi ilə bağlı müzakirələr aparıblar

Posted by

Azərbaycan Nəqliyyat Nazirliyində Rusiya Federasiyası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi ilə əlaqədar sazişin reallaşdırılması üzrə birgə işçi qrupunun I iclası keçirilib.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, iclasda Nəqliyyat Nazirliyinin, eləcə də Azərbaycan və Rusiyanın müvafiq dövlət strukturlarının nümayəndələri, həmçinin layihə təşkilatlarının ekspertləri iştirak ediblər.

Azərbaycan tərəfindən işçi qrupunun rəhbəri nəqliyyat nazirinin müavini Musa Pənahov, Rusiya tərəfindən isə RF Nəqliyyat Nazirliyi Departamentinin müdiri İqor Kostyuçenkodur.

Müzakirələrdə “Yaraq-Qazmalar (Rusiya Federasiyası) – Samur” (Azərbaycan Respublikası) buraxılış məntəqəsi rayonunda Samur çayı üzərində körpünün tikintisi ilə bağlı texniki məsələlər, tikintinin layihəsi və s. məsələlər müzakirə olunub.

İşçi qrupun üzvləri növbəti iclasın cari ilin aprel ayında Moskva şəhərində keçirilməsinin zəruriliyini qeyd ediblər.

Trend.az