Gəncədə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçiriləcəkdir
Fevralın 19-da Gəncə şəhərində Azərbaycanın, Türkiyənin və Gürcüstanın xarici işlər nazirləri Elmar Məmmədyarovun, Əhməd Davudoğlunun və Maya Pancikidzenin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulmuşdur.
Görüşdə ölkələrimiz arasındakı münasibətlər və regional əməkdaşlıq məsələləri müzakirə ediləcəkdir.
AzərTac.az