Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı təsis olunub
Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqı təsis olunub.
APA-nın məlumatına görə, bununla bağlı keçirilən konfransda çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev qeyd edib ki, FHN-də həmkarlar ittifaqının yaradılması barədə qərar nazirliyin rəhbərliyi ilə aparılan müzakirələrdən sonra qəbul edilib.
S. Mehbalıyev deyib ki, FHN həmkarlar ittifaqının yaradılması mühüm addımdır və FHN işçilərinin hüquqlarının müdafiəsi sahəsində işlər aparacaq.
Konfransda FHN həmkarlar ittifaqının nizamnaməsi təsdiqlənib və təşkilat AHİK-in tərkibinə daxil edilib. FHN Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Mehman İsmayılov FHN Həmkarlar İttifaqının sədri seçilib. Həmçinin FHN Həmkarlar İttifaqı Respublika Komitəsinin üzvləri, Təftiş Komissiyası və digər rəhbər orqanlara üzvlər müəyyənləşib.
Apa.az