QMİ Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar dünyanın dini liderlərinə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Posted by

QMİ Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar dünyanın dini liderlərinə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

QMİ Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar dünyanın dini liderlərinə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

QMİ Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar dünyanın dini liderlərinə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar dünyanın dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ünvanlayıb.

Trend-in məlumatına görə, müraciətdə deyilir:

“O Bir Olan Yaradanın adı ilə!

 

Milyonlarla azərbaycanlının iradə və hisslərini ifadə edərək, Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımın 22-ci ildönümü ərəfəsində dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq, bütün dünya ictimaiyyətinə müraciət edirik. Əminik ki, ümumbəşəri dəyərlərə zidd olan zorakılıq, təcavüz, qətliam kimi cinayət əməllərinə heç bir cəmiyyət, heç bir din haqq qazandırmır.

 

Tarixi gerçəklik ondan ibarətdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə minlərlə dinc, silahsız, müdafiəsiz Xocalı sakini erməni qəsbkarlarının qəfil və amansız basqınına məruz qalmış, 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmiş, qocalara, uşaqlara, hamilə qadınlara belə rəhm olunmamışdır. Nəticə etibarilə, 150 nəfər də itkin düşmüş, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalmış, şəhid edilmişlərin cəsədləri üzərində ağlasığmaz təhqiramiz hərəkətlər törədilmişdir.

Zaman-zaman Azərbaycan xalqına qarşı etnik təmizləmə, fiziki və maddi- mənəvi terror gerçəkləşdirən erməni ekstremistləri ərazimizin 20 faizini işğal edərək, bir milyondan artıq azərbaycanlını doğma yurdlarından didərgin salmış, qəsb etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi xarabalığa çevirmişlər. Təəssüflər olsun ki, onlar törətdikləri cinayətlərə görə hələ də layiqli cəza almamış, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinə belə məhəl qoymamışlar. Xocalıda həyata keçirdikləri məqsədyönlü soyqırımı aktı isə onların törətdikləri vəhşiliklərin kulminasiya nöqtəsidir.

Azərbaycan illərdir ki, Xocalı soyqırımı faktının lazımi səviyyədə siyasi, hüquqi qiymətini alması, beynəlxalq miqyasda qınaq obyektinə çevrilməsi ilə bağlı müraciətlər edir. Ümidlərimizi artıran məqam isə bundan ibarətdir ki, artıq dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatları Xocalı soyqırımı həqiqətlərini tanımış və tanımaqdadır. Bu gün geniş vüsət alan “Xocalıya ədalət” kampaniyası Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə yayılmasında, qəsbkarın əsl simasının açılmasında, haqqın və tarixi ədalətin bərpasında önəmli rol oynayır.

Qafqaz Müsəlmanları İdarəsi dünya ictimaiyyətini erməni ekstremistlərinin məkrli təbliğatına uymamağa, özgə torpaqlarına göz dikən təcavüzkar dövlətin törətdiyi insan əxlaqına, beynəlxalq hüquqa zidd qanlı qırğını – Xocalı soyqırımı faktını öz adı ilə çağırmağa və pisləməyə səsləyir. Belə ki, bütün səmavi dinlərin müqəddəs kitablarında, o cümlədən Qurani-Kərimdə bir günahsız insanın qətlə yetirilməsinin günahı bəşəriyyətin məhvinin günahına bərabər tutulur.

Biz, din xadimləri olaraq, bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq və rifah diləyirik. Hər birimizin Rəbbimiz qarşısında, bəşəriyyət qarşısında vicdan naminə müqəddəs borcumuz ədalətin bərqərar olmasına nail olmaqdır. Odur ki, üzümüzü bir daha dünyanın dini liderlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara, o cümlədən, İnsan hüquqları üzrə Avropa Məhkəməsinə tutaraq, onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial siyasi, hüquqi qiymət verməyə, Xocalıda törədilən cinayəti insanlığa qarşı soyqırımı aktı kimi tanımağa çağırırıq.

Qoy Uca Yaradan hamımıza savab əməllərdə, düzgünü yanlışdan seçməkdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!”

 

Trend.az