Türkiyənin “Parlament” jurnalının fevral nömrəsi Xocalı faciəsinə həsr edilib

Posted by

Türkiyənin “Parlament” jurnalının fevral nömrəsi Xocalı faciəsinə həsr edilib

Türkiyənin “Parlament” jurnalının fevral nömrəsi Xocalı faciəsinə həsr edilib

Türkiyənin “Parlament” jurnalının fevral nömrəsi Xocalı faciəsinə həsr edilib

Türkiyənin “Parlament” jurnalının Xocalı faciəsinə həsr edilmiş fevral nömrəsində “Bitməyən yas, gəlməyən ədalət: Xocalıda ölən insanlıq” sərlövhəli məqalə dərc olunub.

Faciənin dəhşətlərini əks etdirən fotoşəkillərin də yer aldığı məqalədə uşaqlar, yaşlılar, qadınlar daxil olmaqla yüzlərlə məsum insanın qətlə yetirildiyi Xocalı soyqırımından 22 il ötməsinə baxmayaraq, yasın bitmədiyi, ədalətin isə öz yerini tapmadığı təəssüflə vurğulanıb.

Məqalənin müəllifi Dəniz Varol diqqətə çatdırıb ki, Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı ən qədim yaşayış məskənlərindən biri olmaqla dünya tarixində xüsusi önəm daşıyır. Xocalının, həmçinin Azərbaycan tarixi baxımından mühüm əhəmiyyət kəsb edən qədim abidələrin olduğu təbii muzey kimi də qiymətləndirildiyi məqalədə qeyd edilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və səbəbləri barədə məlumat verən müəllif qeyd edib ki, yaddaşlardan heç vaxt silinməyəcək Xocalı soyqırımı Qarabağ müharibəsinin ən qanlı hadisələrindəndir. Bildirilib ki, faciə şahidlərinin danışdıqları burada törədilən fiziki və mənəvi işgəncələrin dəhşətli və dözülməz olduğunu göstərir. Qeyd edilib ki, erməni silahlı qüvvələrinin sovet ordusunun 366-cı motoatıcı alayının silahlı texnikasının köməyi ilə fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qanlı qırğın nəticəsində 106-sı qadın, 83-ü uşaq olmaqla 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb.

Məqalədə vurğulanıb ki, Xocalı qətliamı ABŞ-ın Massaçusets, Texas, Nyu-Cersi, Corciya, Men, Nyu-Meksiko, Arkanzas, Oklahoma, Tennessi, Pensilvaniya, Qərbi Virciniya, Konnektikut, Florida ştatları ilə yanaşı, Çex Respublikası, Meksika, Kolumbiya, Bosniya və Herseqovina, Peru və Pakistan parlamentləri tərəfindən soyqırımı kimi tanınıb. Yazıda, həmçinin dünyanın nüfuzlu KİV-lərinin faciənin dəhşətləri ilə bağlı yaydıqları xəbərlərə yer verilib, eləcə də Ermənistan prezidenti Serj Sarkisyanın qətliamın düşünülmüş şəkildə törədilməsi ilə bağlı etirafı diqqətə çatdırılıb.

“Parlament” jurnalının xüsusi nömrəsində, həmçinin Türkiyənin Giresun Universitetinin rektoru, professor Aygün Attarın nəşrin müxbirinə müsahibəsi də dərc olunub.

Rektor müsahibəsində bildirib ki, Xocalı qətliamının soyqırımı kimi qəbul edilməsi türk dünyasının haqlı gözləntisidir. A.Attar vurğulayıb ki, 1994-cü ildə Bişkek Protokolunun imzalanması ilə atəşkəsin elan olunmasına baxmayaraq, Qarabağ problemi bir yara kimi türk dünyasının qəlbində qanamaqda davam edir. Müsahibədə xüsusilə diqqətə çatdırılıb ki, Xocalı və Srebrenitsa kimi qətliamları insanlığa qarşı törədilmiş cinayətlər kimi görməməyin özü bəşəriyyətə qarşı bir cinayətdir.

 

Sia.az