Zakir Həsənov müharibə veteranları ilə görüşüb

Posted by

Zakir Həsənov müharibə veteranları ilə görüşüb

Zakir Həsənov müharibə veteranları ilə görüşüb

Zakir Həsənov müharibə veteranları ilə görüşüb

Fevralın 12-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası Rəyasət Heyətinin bir qrup üzvünü qəbul edib.

Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, qonaqları salamlayan müdafiə naziri respublika veteranlarının gənclərin orduya hazırlanmasında, hərbi vətənpərvərlik tərbiyəsində, Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində rolunu xüsusi qeyd edin, onların problem və qayğıları ilə maraqlanıb, bundan sonrakı fəaliyyətlərində də uğurlar arzulayıb.

Veteranlar Şurasının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev qəbula görə minnətdarlığını bildirib, veteranların müdafiə nazirinə ünvanladıqları müraciət oxunub, general-polkovnik Z.Həsənova “Dədə Qorqud” Milli Fondunun, “Azərbaycan Dünyası” beynəlxalq jurnalının və Veteranlar Şurasının təsis etdiyi “Vətən övladı” xatirə nişanı təqdim edilib.

Sonra “dəyirmi masa” arxasında xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarına, xalqına, dövlətinə, Prezidentinə, Ali Baş Komandanına həmişə sadiq olan bütün müharibələrin veteranlarının müasir mərhələdə respublikamızın ictimai-siyasi həyatında xidmətlərindən bəhs olunub, Böyük Vətən müharibəsində tarixi qələbənin 70 illik yubileyi ilə əlaqədar Azərbaycanda keçiriləcək tədbirlər barədə işgüzar söhbət aparılıb.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası Rəyasə Heyəti üzvlərinin müdafiə naziri general-polkovnik Z.Həsənova müraciətində qeyd olunur: “Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə müdafiə naziri təyin edildiyiniz qısa müddət ərzində gördüyünüz tədbirlər bizə ruh verir, bütün xalqımızı sevindirir. Bunlar hamısı göz qabağındadır. Sizə bu yorulmaz fəaliyyətinizdə bundan sonra da uğurlar arzulayırıq! Sizin tez-tez cəbhə bölgələrinə gedərək Vətən müdafiəçilərinin problemlərini yerindəcə həll etməyiniz, xidmətdə fərqlənən əsgər və zabitlərimizi qiymətləndirməyiniz, peşəkar və qabiliyyətli hərbi qulluqçuları yuxarı vəzifələrə irəli çəkməyiniz, həmçinin şəhid olmuş döyüşçülərimizi əsgəri ənənələrə uyğun olaraq ehtiramla son mənzilə yola salmağınız, ağır və üzüntülü anlarda onların ailələrinə dayaq olmağınız bütün ictimaiyyət kimi biz veteranların da yeni müdafiə nazirimizə rəğbətini və inamını artırır.

Cənab nazir, xalqımızın ümummilli lideri Heydər Əliyev həmişə veteranlara qayğı ilə yanaşmışdır. Bu ənənə indi də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Cənab general-polkovnik, veteranlar böyük qüvvədir. Siz də veteranların xidmətlərini yüksək qiymətləndirirsiniz. Bu günlərdə ucqar dağ rayonu olan Yardımlının Veteranlar Şurasının sədri Şahbaz Hüseynovu medalla təltif etməyiniz, 90 illik yubileyi münasibətilə ona təbrik ünvanı göndərməyinizi biz hər bir veterana diqqət və qayğınız kimi dəyərləndiririk.

Xahişimizi nəzərə alaraq, Respublika Veteranlar Şurasının nümayəndələrini qəbul etməyiniz də dediklərimizin bariz nümunəsidir.

Sizin nazirliyiniz dövrünüzdə Silahlı Qüvvələrdə keçirilən bir çox tədbirlərin iştirakçısı olmuşuq. Ulu öndərimiz Heydər Əliyevin, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun xatirə gecələri, Mehdi Hüseynzadənin yubiley tədbiri, Dövlət Bayrağı Gününə, Məmməd Arazın yubileyinə, 20 Yanvar faciəsinə həsr olunmuş möhtəşəm tədbirlərdə biz veteranlar da iştirak etmişik.

Əsgər, zabit və kursantların döyüş ruhunun yüksəldilməsində böyük əhəmiyyət kəsb edən belə tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verdiyinizə görə də Sizə minnətdarıq.

Cənab general-polkovnik! Heydər Əliyev ideyalarına, xalqına, dövlətinə, Prezidentinə, Ali Baş Komandanına həmişə sadiq olan Azərbaycan veteranları hər bir əmrinizə hazırdır. Veteranlar bundan sonra da Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində, işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda onların mübarizəyə hazırlanmasında səylərini əsirgəməyəcəklər”.

 

Trend.az