Dehlidə Hindistan-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Bu il fevralın 24-25-də Dehlidə Hindistan-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək.
Bu barədə “APA-Economics”ə Hindistanın Azərbaycandakı səfiri Vinod Kumar məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan tərəfindən komissiyaya ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Hindistan tərəfindən isə ticarət üzrə dövlət naziri, xanım Puranda Rayşvarı rəhbərlik edəcək.
Səfir qeyd edib ki, komissiyanın iclasında siyasi məsələlərdən başqa, əməkdaşlığın bütün sahələri ilə əlaqələrin perspektivləri nəzərdən keçiriləcək.
Apa.az