Azərbaycan Prezidenti Administrasiyasında sənədlərlə iş barədə Təlimata dəyişikliklər edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında sənədlərlə iş barədə Təlimat”da dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, Təlimata aşağıdakı məzmunda 13.2-1-ci bənd əlavə edilir:
“13.2-1. Administrasiyanın struktur bölməsinin işçisi kompyuterdə olan xidməti məlumatların yayılmasının qarşısını almaq məqsədi ilə iş vaxtı bitdikdən sonra iş otağını tərk edərkən istifadəsində olan kompyuteri söndürməklə yanaşı, onu elektrik şəbəkəsindən və internet şəbəkəsini kompyuterlə birləşdirən xətti kompyuterdən ayırmalıdır. Administrasiyanın struktur bölməsinin işçisi bu tələbə əməl etmədikdə məsuliyyət daşıyır”.
Trend.az