Elektron Təhlükəsizlik Mərkəzi uşaqların internet təhlükəsizliyini təmin etməyə çalışır

Posted by

Elektron Təhlükəsizlik Mərkəzi uşaqların internet təhlükəsizliyini təmin etməyə çalışır

 

Elektron Təhlükəsizlik Mərkəzi uşaqların internet təhlükəsizliyini təmin etməyə çalışır

Elektron Təhlükəsizlik Mərkəzi uşaqların internet təhlükəsizliyini təmin etməyə çalışır

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Elektron Təhlükəsizlik Mərkəzi (ETM) uşaqların internet təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət göstərir.

ETM-dən AzərTAc-a bildirmişlər ki, uşaqların internetdən səmərəli istifadə etmələri üçün valideynlər qədər uşaqlar da məsuliyyət daşıyırlar.

Sürətli və sərhədsiz internet, uşaqlar üçün həm əyləncə, həm də tədris vasitəsidir. Uşaqların internet təhlükəsizliyi mövzusunda valideynlər və uşaqlar düzgün istiqamətləndirilməlidirlər. Lakin bu sahədə ən böyük məsuliyyət valideynlərin, eyni zamanda, internet xidməti provayderlərinin və təhsil qurumlarının üzərinə düşür.

İnternetdən təhlükəsiz istifadə uşaqlar üçün daha vacibdir. Uşaqların yaşlarına uyğun məlumatları rahat əldə edə bilməsi, eyni zamanda, zərərli kontentdən uzaq qalması üçün provayderlərin təklif etdikləri informasiya süzgəcdən keçirilməlidir.

Qeyd edək ki, uşaqlar internetdən yalnız evdə istifadə etmirlər. Onlar internet klublarda, məktəblərdə də internetə qoşulur və informasiya əldə edirlər. Dövlət tərəfindən həyata keçirilən layihə nəticəsində bir müddətdir ki, məktəblərdə filtrlənmiş internetdən istifadə olunur.

Lakin internet klublar haqqında bunu demək olmaz.

Uşaqların internet təhlükəsizliyini təmin etmək üçün mövzunun vacibliyi və zərərli kontentdən yayınmanın qaydaları onlara düzgün çatdırmaqdır.

ETM 2013-cü ildə bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçirmişdir.

Mərkəzin mütəxəssisləri Azərbaycanda təşkil olunan beynəlxalq konfranslar çərçivəsində mövzu ilə bağlı müzakirələrdə iştirak etmiş, ölkəmizdə uşaqların internet təhlükəsizliyinin təmin olunması üçün təkliflər hazırlamışlar.

Mərkəz bu sahədə müvafiq tədbirləri cari ildə də davam etdirəcəkdir.

 

AzərTac.az