Səhiyyə nazirinin müavini Elsevər Ağayev Qarabağ müharibəsi veteranları və əlillərini qəbul edib
Bu gün Qarabağ müharibəsi veteranları və əlillərini özündə birləşdirən təşkilatların nümayəndələri səhiyyə nazirinin müavini Elsevər Ağayev tərəfindən qəbul edilib.
Bu barədə APA-ya «Qarabağ Qaziləri» Birliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə “Qarabağ Qaziləri” Birliyinin rəhbəri Etimad Əsədov, Qarabağ Əlilləri, Şəhid Ailələri və Veteranları Birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev və Vətən Müharibəsi Əlilləri Birliyinin sədri Firudin Məmmədov, həmçinin Qarabağ qazisi Rizvan Vəliyev iştirak edib.
Müharibə veteranları dövlətin, şəxsən prezident İlham Əliyevin Qarabağ əlillərinin, şəhid ailələrinin və veteranların vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən söz açaraq, bu qəbildən olan insanların son illər səhiyyə sahəsində yaranmış problemlərini nazirlik rəhbərlərinin diqqətinə çatdırıblar.
Görüşdə müharibə veteranlarının və əlillərinin həlli vacib problemləri və onların həlli yolları müzakirə edilərək çıxış yolları müəyyənləşdirilib. Nazirlik rəsmiləri problemin həlli üçün əllərindən gələnləri edəcəklərini bildiriblər.
Görüşdən sonra Qarabağ qaziləri bildiriblər ki, səhiyyə sahəsində müharibə iştirakçıları ilə bağlı irəliləyiş olacağına inanırlar.
Apa.az