Azərbaycanda akkreditasiya sistemi yenidən qurulur

Posted by

Azərbaycanda akkreditasiya sistemi yenidən qurulur

 

Azərbaycanda akkreditasiya sistemi yenidən qurulur

Azərbaycanda akkreditasiya sistemi yenidən qurulur

 

“Akkreditasiya haqqında” qanun layihəsi parlamentin yaz sessiyasının iş planına daxil edilib

 

Azərbaycanda bu ildən etibarən dövlət orqanları tərəfindən sertifikatların, hesabatların və digər sənədlərin verilməsinin də daxil olduğu akkreditasiya sistemi yenidən təşkil olunacaq.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu yeni hazırlanan və parlamentin yaz sessiyasında iş planına daxil edilən “Akkreditasiya haqqında” qanun layihəsində əksini tapıb.

 

Yeni qanun Azərbaycanda akkreditasiya sistemini formalaşdırmaq və fəaliyyət qaydalarını təkmilləşdirmək, eləcə də akkreditasiya edilmiş uyğunluğun qiymətləndirilməsi orqanları tərəfindən verilmiş sertifikat, sınaq, kalibrləmə və inspeksiya hesabatlarının tanınmasını, istehlakçıların, digər maraqlı tərəflərin uyğunluğun qiymətləndirilməsi nəticələrinə dair əminliyini təmin etmək, o cümlədən akkreditasiya vasitəsilə mümkün dərəcədə ticarətdə texniki maneələri azaltmaq və ya aradan qaldırmaq üçün Azərbaycan akkreditasiya sistemini beynəlxalq və regional akkreditasiya sisteminə uyğunlaşdırmaq məqsədini özündə daşıyır.

 

Layihə Azərbaycanın akkreditasiya sisteminin əsas prinsiplərini, ümumi tələbləri, uyğunluğun qiymətləndirilməsi təşkilatlarının (orqanlar və ya laboratoriyalar) akkreditasiya sistemini idarə edən milli akkreditasiya orqanının iş prinsiplərini, akkreditasiya proseduralarını, akkreditasiya sahəsində beynəlxalq əməkdaşlığın əsaslarını və onların standartlarını müəyyən edir.

 

Milli Məclisin növbəti iclaslarından birində ilk oxunuşda müzakirəyə çıxarılacaq qanun layihəsi Avropa Birliyinin mütəxəssisləri ilə birgə hazırlanıb.

 

Apa.az