Bakıda Azərbaycanla Türkiyə arasında hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Posted by

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Hərbi Hava Qüvvələri Akademiyasının rəisi briqada generalı Recep Sami Özatakı və “Roketsan” şirkətinin baş direktoru Selçuk Yaşarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Azərbaycanla Türkiyə arasında hərbi və hərbi-texniki əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəf üçün qarşılıqlı faydalı olduğunu qeyd edib.

Z.Həsənov regiondakı hərbi-siyasi vəziyyət, ikitərəfli əməkdaşlıq məsələlərinin əhəmiyyətindən danışaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyini qeyd edib.

Qonaqlar Azərbaycana səfərdən məmnun qaldıqlarını bildirərək, Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin keçirilməsinin zəruriliyindən danışıblar.

Daha sonra regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.

Trend.az