Zakir Həsənov: Azərbaycan işğal faktı ilə barışmayacaq və ərazilərinin düşməndən azad edilməsi hüququnu özündə saxlayır

Posted by

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, görüş zamanı qonaqlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və cəbhənin təmas xəttində mövcud vəziyyətlə bağlı öz təəssüratlarını bildiriblər.

Müdafiə naziri qonaqları salamlayaraq, onlara regiondakı vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz qalması barədə fikirlərini bildirib.

General-polkovnik Z.Həsənov son günlər qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi məsələsinə də toxunaraq, düşmən tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin və mülki əhalinin atəşə məruz qalması hallarının qeydə alınması, o cümlədən atəşin intensivliyinin artmasına da diqqəti yönəldib.

Sonda müdafiə naziri, xalqımızın işğal altında olan torpaqların sülh yolu ilə azad edilməsinin tərəfdarı olduğunu, Azərbaycanın işğal faktı ilə barışmayacağını və ərazilərimizin düşməndən azad edilməsi hüququnun özündə saxladığını bildirib.

Görüşdə müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da iştirak edib.

Trend.az