Azərbaycan nüvə təhlükəsizliyi üzrə növbəti sammitə dəvət olunub
Azərbaycan bu il Haaqada keçiriləcək nüvə təhlükəsizliyi üzrə növbəti sammitə dəvət olunub.
APA-nın xəbərinə görə, bunu Niderland Krallığının xarici işlər naziri Frans Timmermans bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan prezidenti sammitdə iştirak edəcək: “Nüvə enerjisindən sülh məqsədilə istifadə hamı üçün vacib məsələdir və Azərbaycanın təcrübəsi bizim üçün maraqlıdır”.
Qeyd edək ki, nüvə təhlükəsizliyi üzrə son sammit 2012-ci ildə Seulda keçirilib. Azərbaycan prezidenti İlham Əliyev həmin sammitdə iştirak edib.
Apa.az