Azərbaycan İtaliya və Almaniya ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edib

Posted by

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya və Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri Campaolo Kutillonu və xanım Haydrun Tempeli qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşlər zamanı bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilib.

Həmçinin ölkələrimiz arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri nəzərdən keçirilib və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Trend.az