Azərbaycan Konstitusiya və Ali məhkəmələrinin sədrləri Strasburqa səfər ediblər

Posted by

Azərbaycan Konstitusiya və Ali məhkəmələrinin sədrləri Strasburqa səfər ediblər

 

Azərbaycan Konstitusiya və Ali məhkəmələrinin sədrləri Strasburqa səfər ediblər

Azərbaycan Konstitusiya və Ali məhkəmələrinin sədrləri Strasburqa səfər ediblər

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Ali Məhkəmənin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti 2014-cü il yanvarın 31-də Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) 2014-cü il üzrə ənənəvi “Məhkəmə ili”nin rəsmi açılışında iştirak etmək üçün Strasburqa səfər ediblər. Bu barədə Trend-ə Avropa Məhkəməsindən məlumat verilib.

 

“Məhkəmə ili”nin rəsmi açılışı münasibətilə Avropa məhkəmə sistemini təmsil edən mütəxəssislərin iştirakı ilə seminar da təşkil ediləcək. Seminar “Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının yerinə yetirilməsi: birgə məhkəmə məsuliyyəti” mövzusuna həsr olunacaq. Yerli vaxtla saat 14:15-də başlayacaq seminar saat 18:15-də “Məhkəmə ili”nin rəsmi açılışı mərasimi ilə davam edəcək.

Açılış mərasimində AİHM-nin sədri Din Şpilman (Dean Spielmann) və Almaniya Federal Konstitusiya Məhkəməsinin sədri Andreas Fobkule (Andreas Vobkuhle) məhkəmə sistemi, eləcə də yerli və milli hakimiyyət orqanları nümayəndələrindən ibarət 300 nəfərdən çox auditoriya qarşısında çıxış edəcəklər.

 

Azərbaycan nümayəndə heyətinin səfər çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmiləri ilə görüşlərinin nəzərdə tutulub-tutulmaması ilə bağlı hər hansı məlumat verilmir.

 

Trend.az