Asiya İnkişaf Bankı Bakıda iqlim dəyişikliyinə həsr olunmuş milli seminar keçirib

Posted by

Asiya İnkişaf Bankı Bakıda iqlim dəyişikliyinə həsr olunmuş milli seminar keçirib

 

Asiya İnkişaf Bankı Bakıda iqlim dəyişikliyinə həsr olunmuş milli seminar keçirib

Asiya İnkişaf Bankı Bakıda iqlim dəyişikliyinə həsr olunmuş milli seminar keçirib

 

Bakıda Asiya İnkişaf Bankının (ADB) «Mərkəzi və Qərbi Asiyada iqlim dəyişikliyinin iqtisadiyyatı: Mənfi nəticələrin azaldılması komponenti» adlı texniki yardımı çərçivəsində milli seminar keçirilib.

 

Bankın Azərbaycandakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, ADB-nin iqlim dəyişiklikləri üzrə baş mütəxəssisi Çinzia Losseno və bir qrup məsləhətçi tərəfindən təşkil olunmuş seminarda Energetika, Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat və Sənaye nazirlikləri, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, həmçinin qeyri-hökumət təşkilatları və inkişaf tərəfdaşlarının 35 nümayəndəsi iştirak edib.

 

Seminarda bildirilib ki, Azərbaycan atmosferə emissiyaların azaldılması məqsədilə enerji səmərəliliyinin artırılması, bərpa olunan enerjidən istifadə və dayanaqlı nəqliyyatın yaradılması sektorlarında böyük investisiya cəlb etmək üçün əhəmiyyətli imkanlara malikdir. Lakin bu potensial və bu proseslə bağlı olan xərclər haqqında ölkənin informasiyası məhduddur. Bu texniki yardım vasitəsilə istixana qaz emissiyalarının azaldılması, nəqliyyat və enerji sektorlarında səmərəli investisiya variantlarının hazırlanması üçün siyasət və texnologiyaların müəyyən edilməsi və emissiyaların azaldılması ssenariləri üçün ən müasir təcrübə haqqında milli tərəfdaşlara təlimlərin keçirilməsi nəzərdə tutulur.

 

Keçirilən milli seminar regional proqramın tərkib hissəsidir. Bu proqramın məqsədi regionda istixana qaz emissiyalarının azaldılmasının dəyərini və faydasını qiymətləndirmək, Azərbaycan, Qazaxıstan və Özbəkistanda mənfi nəticələrin azaldılması məqsədilə prioritet sahələr üçün aşağı karbon inkişaf investisiya təkliflərini hazırlamaqdır. «ADB iqlim dəyişikliyindən irəli gələn problemləri həll etməyə yönəldilmiş regionun səylərini dəstəkləməkdə davam edir. Məsələn, Bankın təmiz enerji proqramı 2005-ci ildən 2012-ci ilədək 600 mln. ABŞ dollardan təxminən 2,3 mlrd. ABŞ dollarına qədər artıb», – deyə ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Olli Noroyono bildirib.

 

Apa.az