Jan-Klod Minyon: AŞ-nin baş katibi seçilsəm, əsas prioritetlərdən biri Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq
“Avropa Şurasının baş katibi seçilsəm, əsas prioritetlərdən biri Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq”. Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bazar ertəsi öz işinə başlayan qış sessiyası çərçivəsində qurumun sədri qismində keçirdiyi son mətbuat konfrasında Jan-Klod Minyon (Jean-Claude Mignon) AŞ baş katibi postuna namizədliyi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
O, qeyd edib ki, bu münaqişə öz həllini tapmalıdır: “Bu, belə davam edə bilməz. Bu, təşkilatın 1949-cu ildə imzalanmış nizamnaməsinin ruhuna da uyğun deyil”.
Trend.az