Azərbaycan və Türkiyə arasında aviasiyası və hava hücumundan müdafiə sistemində vahid «dost-düşmən tanıma» sistemi qurulur
Azərbaycan və Türkiyə arasında aviasiyası və hava hücumundan müdafiə sistemində vahid «dost-düşmən tanıma» sistemi qurula bilər.
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Bu sistem hər iki ölkənin hava hücumundan müdafiə sistemini avtomatik rejimdə öz təyyarələrini və digər ölkələrə aid olan uçuş aparatlarını təyin etməyə imkan verəcək.
Hazırda bu məsələ iki ölkənin müvafiq qurumları arasında müzakirə olunur.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun ötən ilin dekabrında Türkiyəyə səfərində də bu məsələ gündəmdə olub.
Dövlətlər arasında razılaşmadan sonra Azərbaycan və Türkiyənin bütün uçuş vasitələrində ASELSAN şirkətinin hazırladığı «dost-düşmən tanıma» sistemi (İFF) qurulacaq.
Qeyd edək ki, ASELSAN tərəfindən hazırlanmış NATO-nun STANAG 4193 səviyyəsinə uyğun gələn bu sistem İFF cavablayıcı cihazı ilə uçuş vasitələrin kimliyi, yüksəklik bilgiləri və s. barədə məlumatları hava hücumundan müdafiə sistemlərindəki İFF sorğulayıcılarına ötürür.
Apa.az