Nyu-York senatoru 20 Yanvar faciəsinin ildönümü ilə bağlı proklamasiya dərc edib

Posted by

Trend xəbər verir ki, “Pax Turcia” təşkilatının Azərbaycan-Amerika Şurası (AAC) və Amerika Azərbaycan Cəmiyyəti (AOA) ilə birgə keçirdiyi illik informasiya kampaniyası nəticəsində yanvarın 16-da Nyu-York ştatının senatoru Terri Gibson 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı və Azərbaycanın ərazi bütövlüyünü tanıyan proklamasiya dərc edib.

Proklamasiyada deyilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 26 min Sovet əsgəri tankların, vertolyotların və hərbi dəniz donanmasının dəstəyi ilə Azərbaycanın paytaxtı Bakıya soxulub və əliyalın dinc əhalini güllələyib.

Qeyd olunur ki, 170 nəfərin ölümü, 714 nəfərin xəsarət alması ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçovun rəhbərliyi dövründə izdihamın yatırılmasına ən qəddar nümunə oldu.

Proklamasiyada, həmçinin Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır.