Rabitə və informasiya texnologiyaları naziri Hacıqabulda vətəndaşlarla görüşəcək
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Hacıqabul rayonunda əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılıb.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə veriən məlumata görə, vətəndaşların qəbulu yanvar ayının 18-də, saat 11:00-da keçiriləcək və burada Hacıqabul, Şirvan, Kürdəmir, Sabirabad və Saatlıdan olan vətəndaşlar iştirak edə bilər.
Qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaq.