Azərbaycanda nəqliyyat kartları tam dəyərli ödəmə vasitəsi olacaq

Posted by

Azərbaycanda nəqliyyat kartları tam dəyərli ödəmə vasitəsi olacaq

 

Azərbaycanda nəqliyyat kartları tam dəyərli ödəmə vasitəsi olacaq

Azərbaycanda nəqliyyat kartları tam dəyərli ödəmə vasitəsi olacaq

 

Artıq satışa çıxarılan Bakının ictimai nəqliyyatında gediş üzrə ödəniş kartları gələcəkdə tam dəyərli ödəmə vasitəsi olacaq. Bu barədə Trend-ə kartların emitent bankı olan “Bank of Azerbaijan”dan məlumat verilib.

Bankdan bildirilib: “Gələcəkdə müxtəlif yeniliklər, həmçinin kartlardan tam dəyərli ödəmə aləti kimi istifadə etmək fürsəti planlaşdırılır. Bunun üçün kart sahibi bank filiallarından birinə müraciət edərək şəxsiyyət vəsiqəsini təqdim etməlidir və ödəmə kartını ictimai nəqliyyatda gediş haqqının ödənişinə imkan verən bankın debet kartı ilə əvəz etmək mümkün olacaq”.

İctimai nəqliyyatda plastik gediş haqqı kartları Bakıda yanvarın 13-dən satışa çıxarılıb. Hazırda kartlar 10 və 95 saylı marşrutlarda tətbiq olunur. Fevralın sonuna kimi kart sistemi 36 marşrut xətti üzrə hərəkət edən 650 avtobusda tətbiq olunacaq.

Kartın qiyməti 3 manatdır, ondan 2 manatı sığorta depozitidir, 1 manat isə balansa yüklənilir. Artıq 1 milyona yaxın kart sifariş verilib. Kartlar Bakıda fəaliyyət göstərən 80 köşkdə satılır. Xüsusi qurğular – verifikatorlar artıq paytaxtda fəaliyyət göstərən 1000 avtobusda quraşdırılıb.