Diaspora təşkilatlarının koordinasiyaya ehtiyacı var

Posted by

Şahin Camalov: “Onlara siyasi və ideoloji baxımdan dəstək verilməlidir”

Müsahibimiz “İnsan Hüquqları 21-ci əsr -Azərbaycan” Fondunun prezidenti Şahin Camalovdur

 

– Şahin müəllim, hazırki şəraitdə Azərbaycan diasporasının fəaliyyətini necə qiymətləndirirsiniz?

 

– – Azərbaycan diasporasının fəaliyyətini bu gün üçün müsbət qiymətləndirmək olar. Ancaq mən hesab edirəm ki, onların görməli olduqları daha çox işlər var. Diaspora təşkilatlarının bir nömrəli vəzifəsi Azərbaycanı dünyada daha çox tanıtmaq, Azərbaycan həqiqətlərini beynəlxalq aləmə çatdırmaqdan ibarətdir. Hələ ki, diaspora təşkilatlarımız bu vəzifələrin öhdəsindən tam gəlməyiblər.

 

– Nədir buna mane olan amillər, sizcə diaspora təşkilatlarımızın mütəşəkkil şəkildə fəaliyyətinə nə maneə olur?

 

– Ümumiyyətlə, diaspor fəaliyyəti elə bir fəaliyyət növüdür ki, orada mütləq komöleks tədbirlər nəzərdə tutlmalıdır. Bütün qüvvələr bir amal uğrunda birləşdirilməlidir. Marağından, siyasi baxışından və digər mövqeyindən asılı olmayaraq insanlar dövlətin, dövlətçiliyin və ölkəsinin təbliği ilə məşğul olmalıdır. Bu baxımdan düşünürəm ki, bu gün həmin qüvvələr tam olaraq birləşdirilə bilmir. Bunun nəticəsidir ki, diaspora fəaliyyətinin tam qurulması, Azərbaycanın təbliği o qədər də nəzərə çarpmır. Buna misal kimi erməni diasporasını göstərmək olar ki, onlar dünyada elə bir diaspora fəaliyyəti qurublar ki, baxmayaraq işğalçı dövlətdilər, Xocalı faciəsini törədiblər, Azərbaycanın yeddi rayonunu işğal ediblər, ancaq hələ də dünyada haqlı durumda görsənirlər. Hətta ayrı-ayrı ölkələrdə rəğbətlə qarşılanırlar. Bu da bizim diaspora təşkilatlarımızın çox da güclü və lazımi ssəviyyədə qurulmamasının bariz nümunəsidir.

 

– Qeyd etdiniz ki, diaspora fəaliyyətinin güclənməsi üçün əməkdaşlıq vacib şətrlərdəndir. Bəs bizim diaspora təşkilatlarımızım əlaqələrinin güclənməsinə hansı amillər mane olur?

 

– Çox təssüf ki, biz komanda halında işləyə bilməyən bir millətik. Bu xüsusiyyət özünü idmandan tutmuş bütün sahələrdə özünü göstərir. Belə halda diaspora təşkilatları arasında güclü korrdinasiya qurulmalıdır. Yalnız bu halda diaspora təşkilatları arasında əlaqələr güclənər, vahid məqsəd uğrunda mübarizə aparmaq mümkün olar. Əks halda, pərakəndə fəaliyyətlə qarşıya qoyulan hədəfə çatmaq müşkül məsələdir.

 

– Diasporamızın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki fəaliyyətini necə dəyərləndirisiniz?

 

– Təbii ki, Azərbaycan doasporasi həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında müəyyən rol oynayır. Lakin bunu mütləq şəkildə qənaətbəxş hesab etmək olmaz, demək olar ki, diasporamız bu sahədəki vəzifələrinin öhdəsindən təxminən 20 faiz də gəlmirlər. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan həqiqətləri dünyada lazımi səviyyədə qabardılmır. Təsəvvür edin ki, il ərzində diaspora qurumları bununla bağlı 2-3 tədbir keçirirlər. Hesab edirəm ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı tədbirlər kompaniya xarakterli deyil, mütəmadi təşkil olunmalıdır. Yalnız bu halda Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırıla bilər.

 

– Hazırda Azərbaycan diasporu öz fəaliyyətində “hücum taktikasını” strategiya kimi müəyyən edib. Sizcə bu taktika ilə hansısa naliyyət əldə etmək mümkündürmü?

 

– Qəbul olunmuş bir normadır ki, “ən yaxşı müdafiə hücumdur”. Azərbaycan da artıq o dövlət deyil ki, daim müdafiə olunsun. Biz artıq güclənmiş dövlətik, daxili siyasətdən tutmuş xarici siyasətə qədər bir sıra sahələrdə çox ciddi yuğurlar qazanmışıq. Sözümüzü demək, mövqeyimizi ortaya qoymaq, millətin və dövlətin maraqlarından çıxış etmək imkanımız var. Azərbaycan diasporası da bu imkandan yararlanaraq öz potensialını ortaya qoymalıdır. On-on beş il bundan əvvəl Azərbaycan diasporası təbii ki, hücum taktikasından istifadə edə bilməzdi. Bunun obyektiv və subyektiv səbələri var idi. Amma bu gün bu taktikadan rahat şəkildə, çəkinmədən istifadə etmək olar. Ona görə ki, biz artıq güclü dövlətik, sözümüzü açıq şəkildə deyə bilirik, Qafqazda, MDB məkanında və Şərqdə az-çox söz sahibinə malik ölkəyik. Artıq Avropanın özündə sözümüzü eşidir, bizimlə hesablaşırlar. Diaspora təşkilatlarımız da bu diddi arqumentdən yetərincə istifadə etməlidirlər. Yəni, diaspora təşkilatlarımız dövlətimizin gücündən, qüdrətindən istifadə edərək özləri də güclənməlidir, hücum taktikasını da davam etdirməlidir. Sirr deyil ki, bu hücun taktikasını bu gün Avropa diaspor təşkilatlarımızın fəaliyyətində görürük. Amma bununla kifayətlənmək olmaz, bizim əsas fəaliyyətimizin məğzində hücum taktikası durmalıdır ki, haqq səsimizi dünyaya çatdıra bilək.

 

– Azərbaycan diasporasının dünyanın aparıcı diaspora təşkilatları ilə əlaqələrini yetərli hesab etmək olarmı?

 

– Bizim dünyanın aparıcı diaspora təşkilatlarından öyrənəcəyimiz hələ çox şeylər var. Məlumdur ki, dünyada aparıcı lobbi diaspor təşkilatları var ki, onlardan biri də mənfur qonşularımız erməni diasporasıdır. Onlar bütün dünyada elə bir sistem qurublar ki, haqsız səslərini haqlı kimi qəbul etdirmək imkanları əldə ediblər. Yeri gəlmişkən, bizim onlardan da öyrənməli müəyyən məqamlarımız var. Həmçinin Yəhudu lobbisi dünyada çox güclü fəaliyyət qurub. Ümumiyyətlə aparıcı diaspor təşkilatlarla əlaqələrin qurulması, əməkdaşlığın genişləndirilməsi hesab edirəm ki, işimizin xeyrinə olardı. Belə təşkilatların taktikasından istifadə daha vacib elementlərdəndir.

 

– Ümumilikdə Azərbaycan diasporasının inkişafı məqsədilə nələr təklif edərdiniz? Hazırki şəraitdə doasporamızın güclənməsi hansı amillərlə əlaqəlidir?

 

– Hesab edirəm ki, diaspora təşkilatlarımızın daha effektli fəaliyyət göstərməsi üçün ilk növbədi ciddi koordinasiyaya ehtiyac var. Düzdür, bu gün sözügedən koordinasiyanı Diasporla İş üzrə Dövlət Komitəsi edir. Amma bu koordinasiya məsələsi daha da inkişaf etdirilməlidir. Maliyyə məsələsindən tutmuş təşkilatlanma məsələlərinə qədər diaspor təşkilatlarımıza yardım edilməlidir. Onlara siyasi və ideoloji baxımdan dəstək verilməlidir. Hökmən deyil ki, bu təşkilatlara maddi yardım göstərilsin, siyasi və mənəvi dəstəyin özünün əhəmiyyəti çox böyükdür. Ən azından onların tədbirlərinin təşkili, bu tədbirlərin reallaşdırılması üçün icazələrin alınması, tədbirlərin keçirilməsi üçün texniki dəstəyin verilməsinin özü böyük bir yaqrdımdır. Bundan başqa, diaspora təşkilatlarının fəaliyyətinin gücləndirilməsi üçün xaricdə təhsil alan gənclərin potensialından lazımı səviyyədə istifadə olunmalıdır. Nəzərə almaq lazımdır ki, xaricdə təhsil alan tələbələrin daha çox albitoriyalara qoşulmaq, universitetlərdə həmkarları ilə daha çox ünsiyyət qurmaq imkanları var. Onların potensialından istifadə etmək disapora fəaliyyətimizə kömək etmiş olar. Digər bir məqam isə diaspor təşkilatlarımızın maddi imkanlarının artırılmasıdır ki, bu məsələdə bütün vətəndaşlarımız eyni mövqedən çıxış etməlidir. Bu məsələni təkcə dövlətdən gözləmək də müsbət hal deyil. Xaricdə yaşayan imkanlı şəxslər bu məsələyi diqqət yetirməlidirlər ki, diasporamızın fəaliyyətində ciddi irəliləyiş olsun. Diaspora təşkilatları arasında koordinasiya yaradılsa, bu təşkilatların profesionallığı yüksək səviyyədə olsa, diaspora rəhbərləri korrupsiyaya meyilli olması imkanlı şəxslərin bu təşkilatlara dəstək göstərməsinə səbəb ola bilər.