Azərbaycan və Avstraliya arasında ikitərəfli əlaqələrin inkişafı müzakirə olunub

Posted by

Azərbaycan və Avstraliya arasında ikitərəfli əlaqələrin inkişafı müzakirə olunub

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Avstraliyanın daimi iqamətgahı Ankarada olmaqla, Azərbaycanda da akkreditə olunmuş səfiri İan Biggsi fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

 

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, X.Xələfov səfirə Azərbaycanla Avstraliya arasında ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfələrə görə təşəkkür edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

İ.Biggs səfir qismində fəaliyyətinin uğurla həyata keçirilməsi üçün Azərbaycan hökuməti tərəfindən yaradılmış şəraitə və göstərilmiş yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, ölkələrimiz arasında əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

 

Görüş əsnasında ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələlər, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında müzakirə və fikir mübadiləsi aparılıb.