Aİ nümayəndəliyinin rəhbəri: Təhsil Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığın əsas prioritetlərindən biri olaraq qalır
Təhsil, hüququn aliliyi və regional inkişaf Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əməkdaşlığın əsas prioritetlərindəndir. Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bu gün jurnalistlərlə görüşü zamanı bildirib.
M.Mardın sözlərinə görə, xüsusilə də təhsil mühüm prioritetlərdən biri olaraq qalır.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri qeyd edib ki, azərbaycanlı gənclərin Avropada təhsil alması istiqamətində də çox işlər görülə bilər. Mübadilə proqramları vasitəsilə gənclər Avropanın bir çox şəhərlərində təhsil almaq imkanına malikdirlər.
Məktəbəqədər təhsil məsələsinə toxunan M.Mard bunun çox vacib bir sahə olduğunu və bu sahəyə böyük diqqət ayrılacağını bildirib.