Nizami Gəncəvinin Xəmsəsinə daxil olan əsərlərin müxtəlif dillərdə tədqiqatı nəşr ediləcək
İsgəndəriyyə Kitabxanasının Direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Həm-Sədri İsmail Seragəldinin təşəbbüsü və rəhbərliyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Nizami Gəncəvi irsi üzrə dünyanın ən tanınmış araşdırmaçıları ilə birgə Nizami Gəncəvinin Xəmsəsinə daxil olan əsərlərin müxtəlif dillərdə tədqiqatını nəşr edəcəkdir.
Mərkəzdən Trend-ə verilən məlumata görə, məqsəd Şərq mədəniyyətinin dahisi olan Nizami Gəncəvinin dünyada tanıtdırılması və ədəbiyyatının kökündə duran dəyərlərin təbliğ olunmasıdır.
Bununla bağlı artıq Hindistan, Amerika Birləşmiş Ştatları, Misir Ərəb Respublikası, Böyük Britaniya Krallığı, Fransa da mövcud arxivlərin araşdırılmasına başlanılmışdır.
O cümlədən İsgəndəriyyə Kitabxanasının dəstəyi ilə Nizami Gəncəvi irsinə aid olan ədəbiyyatların kataloqlaşdırılması reallaşdırılacaqdır.