ATƏT nümayəndələri Gəncədə prezident seçkilərinə hazırlığın gedişi ilə maraqlanıblar
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu missiyası Gəncədə şəhər rəhbərliyi ilə görüş keçirib.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, görüşdə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqlara şəhərdə prezident seçkiləri ilə bağlı görülən hazırlıq barədə məlumat verib. İcra başçısı bildirib ki, hazırda Gəncədə 4 seçki dairəsi və 124 seçki məntəqəsi fəaliyyət göstərir, bütün dairə və məntəqələr müasir standartlara cavab verir.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu missiyasının rəhbəri Tana de Zulueta isə qeyd edib ki, president seçkilərinin gedişini izləmək üçün yaxın günlərdə ATƏT müşahidəçilərdən ibarət 200 nəfərlik heyəti Azərbaycana səfər edəcək.
Xatırladaq ki, ATƏT-in nümayəndə heyətinin ölkənin digər bölgələrinə səfər edəcəyi və orada seçki dairələri ilə yaxından tanış olacağı gözlənilir.