Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar qolunun 3-cü iclası keçirilib

Posted by

Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar qolunun 3-cü iclası keçirilibBakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar qolunun 3-cü iclası keçirilib

Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar qolunun 3-cü iclası keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar qolunun 3-cü iclası keçirlib.

 

Trend-in məlumatına görə, konfransda quruma üzv olan dövlətlərin nümayəndələri, Azərbaycanın dövlət və hökumət nümayəndələri və digər qonaqlar iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan İCAPP Qadınlar təşkilatının həmsədri, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, bu cür konfranslar quruma üzv olan dövlətlərdə qadınların inkişafına, qarşıda duran problemlərin həllinə mühüm töhfə verir.

 

M.İbrahimqızı bildirib ki, uzun illərdir YAP Asiya siyasi partiyalarının aparıcı üzvlərindən biridir: “Asiyada 70-dən çox ölkə var. Bu ölkələri 300-ə yaxın siyasi partiya təmsil edir. İCAPP-ın bir neçə mötəbər iclasları YAP-ın təşkilatçılığı ilə Bakıda keçirilib. Üçüncü ildir ki, İCAPP-ın Qadınlar Qolu mövcuddur. Bu qola Azərbaycan və Koreya həmsədrlik edir. Hazırda 16 ölkədən iclasda qonaqlar iştirak edir. Latın Amerikası və Afrika Siyasi təşkilatları da burada təmsil olunurlar”.

 

Daha sonra çıxış edən İCAPP Qadınlar qolunun həmsədri, Milli Assambleyanın üzvü Park İn-suk bu günki iclasın qadınların ictimai həyatda iştirakçılığının gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O bildirib ki, qlobal dünyada gender bərabərliyinin təmin edilməsində mühüm naliyyətlər əldə olunub, qadınların parlamentdə və dövlət qurumlarında təmsilçiliyi xeyli artıb. P.İn-suk bildirib ki, İCAPP fəaliyyət göstərdiyi dövr ərzində qadınların mövcd problemlərinin həlli istiqamtində mühüm işlər görüb.

 

Tədbirdə çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova da son illər ərzində qadınların əldə etdiyi naliyyətlərdən və bugünki tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, İCAPP Qadınlar qolu hər zaman qadnların ictimai iştirakçılığının və dövlət orqanlarında təmsilçiliyinin artırılması istiqamətində ciddi işlər görüb.

 

Mövcud münaqişələrin insanlar qarşısında çox ciddi məhrumiyyətlər yaratdığını bildrən B.Muradova Azərbaycanın da bu cür problemlərlə üz-üzə qaldığını bildirib. B.Muradova qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğuna baxmayaraq Azərbaycan inkişafdan geri qalmadı: “Hesab edirəm ki, münaqişələrlə üz-üzə qalan Asiya ölkələri də Azərbaycan nümunəsindən istifadə edə bilər. Münaqişə vəziyyətində olmasına baxmayaraq Azərbaycan sabitliyin, inkişafın, sosial rifahın təmin olunması, qadınların cəmiyyətin həyatında rolunun artırılması istiqamətində uğurlu nəticələr əldə edib”.

 

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, qloballaşan dünyada qadınların iştirakçılığının artırılması, bunun üçün mexanizmlərin yaradılması mühüm məsələdir. Onun sözlərinə görə, qloballaşma şəraitində dünyanın bir çox ölkələrində, o cümlədən, inkişaf etmiş ölkələrdə eyni problemlərə rast gəlinir: “Miqrasiya, urbanizasiya, qaçqın və məcburi köçkünlər, erkən nikah, zorakılıq və s. problemlər bütün ölkələri əhatə edir. Ermənistanın Azəbaycana qarşı təcavüzü, ölkəmizin ərazilərinin 20 faizini işğal etməsi nəticəsində 1 milyondan artq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bunlardan 400 mindən çoxu qadınlar, 300 mindən çoxu isə uşaqlar idi. Lakin bu çətinliyə baxmayaraq qadınlar Azərbaycanda öz yerini tuta bildi. Hazırda qadınlar parlamentdə, dövlət qurumlarında, ölkənin ictimai həyatında aktiv iştirak edir və onların seçkili qurumlarda təmsilçiliyi daim artır. Eyni zamanda, qadın məsələləri ilə məşğul olan qeyri-hökümət təşkilatlarının sayı da xeyli artıb. Bu, Azərbaycan hökumətinin uğurlu qadın siyasətinin məntiqi nəticəsidir”.

 

Digər çıxışçılar da konfransın əhəmiyyətindən və qadınların cəmiyyətdə rolunan artırılmasına verdiyi töhfələrdən danışb.

 

Sonra tədbir plenar iclaslarla davam etdirilib. İclaslarda qadınların cəmiyyətdə, dövlətin strukturlarında, bütün sahələrdə təmsilçiliyi, iştirakı ilə bağlı müxtəlif məsələlər, qadın və təhsil, qadın və sağlamlıq, qadın və yoxsulluğun aradan qaldırılması və onların siyasi təmsilçiliyi əsas başlıq mövzular olacaq.

 

Trend.az