AŞPA Bürosu Azərbaycandakı seçkilərə müşahidə missiyası göndərilməsini müzakirə edəcək
Avropa Şurası Parlament Assambleyası Bürosunun avqustun 31-də keçiriləcək iclasında Azərbaycandakı parlament seçkilərinə müşahidə missiyası göndərilməsi məsələsi müzakirə ediləcək.
APA-nın qurumun saytına istinadən verdiyi məlumata görə, bundan başqa, Qırğızıstan, Belarus, Ukrayna və Türkiyəyə göndəriləcək müşahidə missiyaları da müzakirə olunacaq.
Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.
Apa.az