Sağlamlıq imkanları məhdud gənclərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına xidmət edən tədbir keçirilib

Posted by

Sağlamlıq imkanları məhdud gənclərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına xidmət edən tədbir keçirilibSağlamlıq imkanları məhdud gənclərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına xidmət edən tədbir keçirilib

Sağlamlıq imkanları məhdud gənclərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına xidmət edən tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində (Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Q.Qarayev küç.14) gənclərin peşə hazırlığı ilə yanaşı, onların ayrı-ayrı incəsənət növləri üzrə istedad və qabiliyyətlərinin inkişafına da dəstək verilir.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu istiqamətdə növbəti tədbir kimi, mərkəzin gənclərinin ifasında konsert-tamaşa təqdim olunub.

 

Tədbirin açılışında ƏƏSMN-nin əməkdaşları, əlil ictimai birliklərinin nümayəndələri, sənətsevərlər iştirak edib. Qeyd olunub ki, bu konsert-tamaşanın təşkilində məqsəd sağlamlıq imkanları məhdud gənclərin bu və ya digər sənət növündə öz bacarıqlarını nümayiş etdirməsi üçün fiziki məhdudiyyətin mane olmadığını diqqətə çatdırmaqdır. Belə tədbirlər nəticə etibarilə həmin gənclərin yaradıcılıq imkanlarının cəmiyyətə təqdim edilməsi və təbliğinə, onların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına xidmət edir.

 

Mərkəzin və Azərbaycan Gənclər Fondunun birgə keçirdiyi konsert-tamaşada sağlamlıq imkanları məhdud gənclər Azərbaycan film və tamaşalarından ayrı-ayrı səhnələri ifa ediblər. Onların “Babək” və “Bəxtiyar” filmlərindən, “Molla Cəbi” təmasından təqdim etdikləri səhnələr, canlandırdıqları obrazlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sağlamlıq imkanları məhdud gənclərdən Ruslan İsrafilzadə, Ceyhun İsayev, Ramiq Ağayev, Sərxan Kərimov, Elvin Ağalizadə, İlahə İbrahimova, Nihad Məmmədov, Səbinə Allahverdiyeva, Aytən Məhərrəmova və digərləri maraqlı çıxışları, ifa məharətləri ilə diqqəti cəlb ediblər.

 

Müasir tələblərə uyğun şəraitin yaradıldığı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində kompüter istifadəçisi, bərbər, aşpaz, dərzi, rəssamlıq, xalçaçılıq, ağac üzərində oyma, toxuculuq və s. kimi peşələr üzrə peşə hazırlığı kursları təşkil olunur. Bu ilin yanvar-iyul aylarında mərkəzə daha 213 nəfər gənc qəbul olunub və burada ümumilikdə 300 nəfərə yaxın gənc peşə təlimi keçib.

 

Apa.az