Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Daşkəsəndə vətəndaşları qəbul edəcək
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.
Avqustun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Daşkəsəndə Gəncə şəhərinin, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər və Xocalı rayonlarının sakinlərini qəbul edəcək.
DQİDK-dən AZƏRTAC-a bildiriblər ki, qəbul saat 10:00-da Daşkəsən rayon dövlət arxivinin binasında (ünvan: Daşkəsən şəhəri, Heydər Əliyev meydanı, 1) keçiriləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
AZƏRTAC