ATƏT/DTİHB-nin Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri (MSK) sədri Məzahir Pənahovla görüşüblər

Posted by

ATƏT/DTİHB-nin Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri (MSK) sədri Məzahir Pənahovla görüşüblərATƏT/DTİHB-nin Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri (MSK) sədri Məzahir Pənahovla görüşüblər

ATƏT/DTİHB-nin Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri (MSK) sədri Məzahir Pənahovla görüşüblər

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri avqustun 12-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüblər.

 

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, missiya üzvlərini salamlayan sədr M.Pənahov görüşdən məmnunluğunu bildirərək, rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla əlaqələrinə hər zaman önəm verdiyini, seçki sisteminin hazırkı inkişaf səviyyəsinə çatmasında və əldə olunan nailiyyətlərdə bu münasibətlərin əhəmiyyətli rol oynadığını, gələcəkdə də seçkilər sahəsində qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək niyyətində olduğunu vurğulayıb.

 

ATƏT/DTİHB-nin MSK ilə səmərəli əməkdaşlığının uzunmüddətli tarixi olduğunu vurğulayan qonaqlar səmimi görüşə görə təşəkkürlərini bildirərək, Milli Məclisə seçkilərlə bağlı görüləcək işlərlə maraqlanıblar.

 

Missiya üzvlərinin suallarını cavablandıran MSK sədri seçkilərə hazırlıq istiqamətində görülmüş işlər, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi üçün atılacaq addımlar və nəzərdə tutulan layihələri diqqətə çatdırıb.

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

AZƏRTAC