Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əsasnaməsinə dəyişikliklər edildi

Posted by

Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əsasnaməsinə dəyişikliklər edildiDövlət Əmək Müfəttişliyi Xidmətinin Əsasnaməsinə dəyişikliklər edildi

Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əsasnaməsinə dəyişikliklər edildi

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əsasnaməsinə dəyişikliklər edilməsi ilə bağlı fərman imzalayıb.

 

Trend-in məlumatına görə, fərmanda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə”ni “Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 1 noyabr tarixli 718 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90, № 7, maddə 625, № 11, maddə 996; 2012, № 9, maddə 853, № 11, maddə 1084; 2013, № 2, maddə 124, № 12, maddə 1525; 2014, № 7, maddə 789, № 9, maddə 1053; 2015, № 1, maddə 17, № 3, maddələr 263, 264; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 5 iyun tarixli 549 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə”nin 5.8-ci bəndindən “aparat rəhbəri və aparat rəhbərinin müavini,” sözləri çıxarılsın”.

 

Trend.az