Azərbaycan müdafiə nazirindən ikili standartlarla çıxış edən dövlətlərə sərt ismarıc

Posted by

Azərbaycan müdafiə nazirindən ikili standartlarla çıxış edən dövlətlərə sərt ismarıcAzərbaycan müdafiə nazirindən ikili standartlarla çıxış edən dövlətlərə sərt ismarıc

Azərbaycan müdafiə nazirindən ikili standartlarla çıxış edən dövlətlərə sərt ismarıc

Vilnüsdə Azərbaycan və Litva Müdafiə nazirlərinin görüşü keçirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, iyulun 1-də Azərbaycann müdafiə naziri general-polkovnik Zakir Həsənovun Litvaya rəsmi səfəri başlayıb.

 

Z.Həsənov Litvanın milli müdafiə naziri Yuozas Olekas ilə görüşüb.

 

Rəsmi qarşılanma mərasimində protokola uyğun olaraq müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər.

 

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü olub.

 

Təkbətək görüşdən sonra nazirlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Görüşdə regional təhlükəsizlik, Silahlı Qüvvələrin inkişafı və ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

 

Litvaya rəsmi dəvətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirirən Azərbaycanın müdafiə naziri litvalı həmkarına Cənubi Qafqaz reginondakı hərbi-siyasi vəziyyət, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, qaçqın və məcburi köçkünlərin vəziyyəti barədə ətraflı məlumat verib.

 

General-polkovnik Z.Həsənov bildirib: “Bəzi dövlətlər və qurumlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həll olunmasına yanaşmada ikili standartların tətbiqi bizi çox narahat edir. Ancaq hamıya bəlli olmalıdır ki, dövlətimizin başçısı cənab İlham Əliyevin dəstəyi ilə Azərbaycan bu gün güclü və qüdrətli, müasir silahla təchiz olunmuş orduya malikdir. Azərbaycan Ordusu işğal olunmuş torpaqları istənilən an azad etməyə hazırdır və qadirdir. Heç kim buna şübhə etməməlidir. Bu, yalnız vaxt məsələsidir. Sülh tərəfdarı olan dövlətlər, o cümlədən bizə dost olan Litva təcavüzkara qarşı qəti mövqe nümayiş etdirib işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılmasını tələb etməlidirlər”.

 

Sonra Azərbaycanla Litva arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

 

Səfər iyulun 2-də başa çatacaq.

 

Trend.az