Azərbaycan nümayəndə heyəti UNESCO-nun Ümumdünya İrs Komitəsinin sessiyasında iştirak edir

Posted by

Azərbaycan nümayəndə heyəti UNESCO-nun Ümumdünya İrs Komitəsinin sessiyasında iştirak edirAzərbaycan nümayəndə heyəti UNESCO-nun Ümumdünya İrs Komitəsinin sessiyasında iştirak edir

Azərbaycan nümayəndə heyəti UNESCO-nun Ümumdünya İrs Komitəsinin sessiyasında iştirak edir

Almaniyanın Bonn şəhərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 39-cu sessiyası keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sessiya iyunun 28-də başlanıb və iyulun 8-də başa çatacaq.

 

Tədbirdə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, UNESCO üzrə milli Komissiyanın nümayəndəsi iştirak edir.

 

Komitənin açılış mərasimində YUNESKO-nun baş direktoru İrina Bokova, Almaniyanın xarici işlər üzrə dövlət naziri M.Böhmer, UNESCO baş konfransının sədri Hao Ping, UNESCO-nun İcraiyyə Şurasının sədri Muhammad Amr çıxış edərək dünya mədəni irsinin qorunmasının vacibliyi, bu istiqamətdə ölkələrarası əməkdaşlığın təşviqi, münaqişə zonalarında abidələrin və tarixi məkanların mühafizəsinin olduqca əhəmiyyətli olduğunu diqqətə çatdırıblar.

 

Komitənin gündəliyində duran əsas məsələlər üzv dövlətlər tərəfindən Ümumdünya İrs siyahısına daxil edilməsi məqsədilə təqdim edilən yeni abidələrin nəzərdən keçirilməsi və artıq sözügedən siyahıya daxil olan abidələrin qorunma səviyyəsinin yoxlanılması, eləcə də hazırda münaqişə zonalarında məhv edilən abidələrin qorunması istiqamətində atıla biləcək mümkün addımların və s. məsələlərin müzakirəsidir.

 

Nazirlikdən qeyd ediblər ki, Azərbaycanın İçərişəhər, Şirvanşahlar Sarayı kompleksi, Qız Qalası, “Qobustan” tarixi-bədii qoruğu UNESCO-nun Ümumdünya İrsi siyahısındadır.

 

Hazırda Azərbaycanın digər tarixi-mədəni abidələrinin bu siyahıya daxil edilməsi üçün iş aparılır.

 

 

Apa.az