Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Qazaxda vətəndaşları qəbul edəcək
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Qazaxda vətəndaşları qəbul edəcək.
Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyunun 24-də saat 10:00-da Qazax şəhərindəki Şahmat Mərkəzində (Bakı küç.) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı bölgədə yerləşən rayonların – Qazax, Ağstafa, Tovuz rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyunun 23-ü saat 10:00-dək “192” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlarqızı, əlaqə telefonu: (012) 404-22-00), Tovuz Gömrük İdarəsi (əlaqə telefonu: (022) 315-01-54) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Trend.az