Azərbaycanlı gənclər Gürcüstanda təbii fəlakətin fəsadlarının aradan qaldırılmasında fəal iştirak edirlər

Posted by

Azərbaycanlı gənclər Gürcüstanda təbii fəlakətin fəsadlarının aradan qaldırılmasında fəal iştirak edirlərAzərbaycanlı gənclər Gürcüstanda təbii fəlakətin fəsadlarının aradan qaldırılmasında fəal iştirak edirlər

Azərbaycanlı gənclər Gürcüstanda təbii fəlakətin fəsadlarının aradan qaldırılmasında fəal iştirak edirlər

Azərbaycanlı gənclər Gürcüstanda yağan güclü leysan yağışlarının paytaxt Tbilisidə törətdiyi ciddi fəsadların aradan qaldırılmasında yaxından iştirak edirlər. Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonundan olan onlarla gənc Tbilisinin mərkəzində – Qəhrəmanlar meydanında təmir-bərpa, təmizlik işləri görürlər.

 

AZƏRTAC xəbər verir ki, Tbilisi şəhərinin meri David Narmaniya iyunun 15-də Marneulidən olan azərbaycanlı gənclərlə görüşüb, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasındakı iştiraklarına görə onlara minnətdarlıq edib.

 

Azərbaycanlı gənclər 500 metr uzunluğunda yolu və ətraf ərazini sel sularının gətirdiyi daşlardan, çınqıldan və ağac qırıntılarından təmizləyiblər. Sonra asfalt yol yuyulub və yararlı vəziyyətə salınıb.

 

Xatırladaq ki, iyunun 13-dən 14-nə keçən gecə Gürcüstanda yağan leysan yağışlar paytaxt Tbilisi də daxil olmaqla bir çox ərazilərdə ciddi dağıntılara və insan tələfatına səbəb olmuşdu. Təbii fəlakət nəticəsində 15 nəfər ölüb. Rəsmi olaraq 12 nəfərin itkin düşdüyü elan edilib.

 

İyunun 15-i Gürcüstanda milli matəm günü elan olunub və dövlət bayraqları yarıyadək endirilib.

 

AzərTac.az