Azərbaycanda yol hərəkəti qaydalarını pozan hərbi qulluqçulara inzibati həbs verilməyəcək

Posted by

Azərbaycanda yol hərəkəti qaydalarını pozan hərbi qulluqçulara inzibati həbs verilməyəcəkMüddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına və xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ictimai işlər və inzibati cərimə tətbiq edilə bilməz

Azərbaycanda yol hərəkəti qaydalarını pozan hərbi qulluqçulara inzibati həbs verilməyəcək

Daxili İşlər Nazirliyi “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair Təlimat”da dəyişikliklər edilib.

 

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, bundan sonra şəxsin elektron kabinetində yerləşdirilməsi, onun məlumatlandırılması, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi və inzibati cərimələrin elektron qaydada ödənilməsi imkanının təmin edilməsi üçün “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də göstərilən məlumatlar Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən real vaxt rejimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” sisteminə göndəriləcək.

 

İndiyə qədər yol hərəkəti qaydalarının pozulması ilə hərbi qulluqçular, habelə intizam nizamnamələrinin və ya intizam haqqında əsasnamələrin qüvvəsinin şamil edildiyi digər şəxslər həmin nizamnamə və əsasnamələrdə bilavasitə nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda ümumi əsaslarla inzibati məsuliyyət daşıyıblar. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına isə inzibati cərimə tətbiq edilə bilməzdi. Müddətli həqiqi hərbi xidmət qulluqçuları kateqoriyasına “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər. Təlimata edilən dəyişikliyə əsasən, bundan sonra intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyacaqlar. Göstərilən şəxslərə inzibati həbs, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına isə həmçinin ictimai işlər və inzibati cərimə tətbiq edilə bilməz. Göstərilmiş şəxslərdən başqa, intizam nizamnamələrinin və ya intizam haqqında əsasnamələrin qüvvəsinin şamil edildiyi digər şəxslər qulluq vəzifələrinin icrası zamanı inzibati xətalar törətməyə görə həmin nizamnamələrdə və ya əsasnamələrdə bilavasitə nəzərdə tutulmuş hallarda intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar.

 

 

Apa.az