Azərbaycanda iri, orta və kiçik sahibkar meyarları müəyyənləşib

Posted by

Azərbaycanda iri, orta və kiçik sahibkar meyarları müəyyənləşibAzərbaycanda iri, orta və kiçik sahibkar meyarları müəyyənləşib

Azərbaycanda iri, orta və kiçik sahibkar meyarları müəyyənləşib

Azərbaycanda işçilərinin sayı 25 nəfərdən az, illik gəliri 120 min manata qədər və 120 min manat olan sahibkarlar kiçik sahibkarlar kimi qeydə alınacaq.

 

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən “İri, orta və kiçik sahibkar meyarları”nda əksini tapıb.

 

İşçilərinin sayı 25-125 nəfər arasında dəyişən, illik gəliri 120 min manatdan 1 milyon 250 min manata qədər və 1 milyon 250 min manat olan sahibkarlar orta sahibkarlar, işçilərinin sayı 125 nəfərdən və illik gəliri 1 milyon 250 min manatdan çox olan sahibkarlar iri sahibkarlar kimi qeydiyyata alınacaq.

 

Vergilər Nazirliyi yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektləri, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin illik gəliri barədə məlumatı hesabat ili başa çatdıqdan sonra növbəti ilin aprel ayının 20-dən gec olmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatı hesabat ili başa çatdıqdan sonra növbəti ilin aprel ayının 20-dən gec olmayaraq, elektron daşıyıcılarda Dövlət Statistika Komitəsinə təqdim olunmasını təmin etməlidir. Dövlət Statistika Komitəsi isə kiçik, orta və iri sahibkarların bölgüsünün bu meyarlara uyğun olaraq təşkilini və bu siyahının hər növbəti ilin may ayının 10-dan gec olmayaraq elektron qaydada “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsini təmin etməlidir.

 

 

Apa.az