Mayda 2000-dən çox əcnəbi Azərbaycandan çıxarılıb

Posted by

Mayda 2000-dən çox əcnəbi Azərbaycandan çıxarılıbMayda 2000-dən çox əcnəbi Azərbaycandan çıxarılıb

Mayda 2000-dən çox əcnəbi Azərbaycandan çıxarılıb

May ayı ərzində 2254 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

 

Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, onlardan 15-nin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 166 nəfərinə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1707 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərketmələri, 366 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

 

Ümumiyyətlə, ay ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcədə vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 8022 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilib.

 

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 50246 əcnəbinin müraciəti qeydə alınıb.

 

Bununla yanaşı işə götürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədilə Xidmətin müvafiq struktur bölmələrinin əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 13 sahibkarlıq subyektində yoxlamalar aparılıb. Keçirilmiş tədbirlər nəticəsində 12 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin alınması qaydalarının pozulması halları aşkar edilib.

 

Bununla yanaşı Azərbaycanın müxtəlif regionlarında qanunsuz yaşayan əcnəbilərin aşkarlanması, onların qanunvericiliyin tələblərinə uyğun olaraq respublika ərazisində olma və yaşamalarının leqallaşdırılması və sənədləşdirilməsi istiqamətində DMX-nin regional miqrasiya idarələri tərəfindən may ayı ərzində maarifləndirmə tədbirləri davam etdirib. Xaçmaz və Quba rayonlarında məskunlaşıb, eyni zamanda bir qismi qanunsuz yaşayan 46 ailədən olan 84 şəxslə görüş keçirilib.

 

Sabirabad rayonunda 80 məktəb direktorunun iştirakı ilə keçirilən görüşdə də miqrasiya proseslərinin tənzimlənməsi, Miqrasiya Məcəlləsinə edilmiş əlavə və diyişikliklərlə bağlı, xüsusilə əcnəbi şagirdlərin ölkədə qanuni əsaslarla yaşamalarının təmin edilməsi zərurəti haqqında izahedici söhbət aparılıb.

 

Trend.az