Türkiyədə seçkilərin nəticələri koalisiya hökuməti qurulması zərurətini ortaya çıxarıb

Posted by

Türkiyədə seçkilərin nəticələri koalisiya hökuməti qurulması zərurətini ortaya çıxarıbKonstitusiyaya görə, 45 gün ərzində hökumət qurulmazsa, yenidən seçki keçirilməlidir

Türkiyədə seçkilərin nəticələri koalisiya hökuməti qurulması zərurətini ortaya çıxarıb

Türkiyədə iyunun 7-də keçiriləcək parlament seçkilərinin ilkin nəticələri bəlli olub. APA-nın xəbərinə görə, bülletenlərin 100 faizinin sayılmasından sonra 10 faizlik minimum baryeri keçən 4 iri partiyanın səsləri aşağıdakı şəkildə bölünüb:

 

Ədalət və İnkişaf Partiyası (AKP) – 40,85%

 

Cümhuriyyət Xalq Partiyası (CHP) – 24,96%

 

Milliyyətçi Hərəkat Partiyası (MHP) – 16,30%

 

Xalqların Demokratiya Partiyası (HDP) – 13,10%.

 

Bu nəticələrə əsasən hazırda hakimiyyətdə olan AKP yeni parlamentdə 258, CHP 132, MHP və HDP isə hərəyə 80 millət vəkili yeri qazanıb. Kürd partiyası HDP 10 faizlik baryeri aşaraq 80 kreslo qazanmaqla tarixi uğur əldə edib.

 

Hökumət qurmaq üçün azı 276 səs tələb olunduğundan AKP 13 ildən sonra ilk dəfə olaraq təkbaşına hökumət formalaşdırmaq şansını itirib. Ölkədə koalisiya hökuməti qurmaq zərurəti ortaya çıxıb.

 

Konstitusiyaya əsasən prezident hökuməti formalaşdırmaq vəzifəsini seçkidə birinci olmuş partiyanın liderinə – hazırkı baş nazir Əhməd Davudoğluna verəcək. Ə. Davudoğlu növbə ilə CHP, MHP və HDP liderləri ilə görüşlər keçirəcək. Lakin MHP və HDP AKP ilə koalisiyaya getməyəcəklərini açıq şəkildə bəyan ediblər. CHP konkret mövqe bildirməsə də, səsvermənin nəticələri bəlli olduqdan sonra AKP-yə qarşı sərt ittihamlarını davam etdirib.

 

Konstitusiyaya görə, 45 gün ərzində yeni hökumət qurulmazsa, yenidən seçki keçirilməlidir.

 

Apa.az