Nazirlik daha 50 nəfər əlilliyi olan şəxsi istirahət mərkəzinə yola salıb

Posted by

Nazirlik daha 50 nəfər əlilliyi olan şəxsi istirahət mərkəzinə yola salıb Nazirlik daha 50 nəfər əlilliyi olan şəxsi istirahət mərkəzinə yola salıb

Nazirlik daha 50 nəfər əlilliyi olan şəxsi istirahət mərkəzinə yola salıb

Əlilliyi olan şəxslərin yaz-yay mövsümündə mənalı istirahətinin təşkili istiqamətində aparılan işlərin davamı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) həmin şəxslərdən 50 nəfərini də Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzinə göndərib.

 

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, son iki ayda ƏƏSMN tərəfindən 476 nəfər əlilliyi olan şəxs istirahətə yola salınıb. Onlardan 286 nəfəri Lənkəran, 190 nəfəri Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilib.

 

Həmin mərkəzlərdə eyni zamanda müalicəvi bədən tərbiyəsi, müxtəlif fizioterapevtik müalicə prosedurları həyata keçirilir ki, əlilliyi olan şəxslər istirahət zamanı bu müalicələrə cəlb olunurlar. Həmçinin onlar üçün görməli yerlərə, tarixi abidələrin yerləşdiyi məkanlara gəzinti turları, idman yarışları və viktorinalar, musiqili-əyləncəli tədbirlər və s. təşkil edilir.

 

Apa.az